Modern.az

SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ

SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ

Aktual

18 Yanvar 2018, 16:26

Dövlət Neft Şirkətinin (SOCAR) məşhur iş adamı Mübariz Mənsimova məxsus 14 gəmini müsadirə etməsilə barədə məlumatlar gündəmin əsas müzakirə mövzusuna çevrilib. Tərəflər arasında başlayan “soyuq müharibə” qarşılıqlı ittihamlarla davam edir.

 

“Palmali Group” tərəfindən yayılan növbəti açıqlamada bildirilib ki, iki şirkət arasındakı ortaqlığı isbat edən rəsmi sənədlər var. “Palmali Group” onu da bəyan edib ki, SOCAR-ın bu quruma külli miqdarda borcu var.

 

Məsələ ilə bağlı SOCAR da cavab verməkdə gecikməyib. Qurumdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlərdə mətbuatda qeyd olunan 14 gəmi SOCAR tərəfindən satın alınıb:

 

“Bu gəmilər əvvəllər “Palmali” Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı müqaviləsinə əsasən SOCAR-a satılıb.

 

Əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib. Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmayıb”.

 

Rəsmi məlumata görə, SOCAR hazırda özünəməxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir:

 

“Müxtəlif mətbuat orqanlarında bu gəmilərin SOCAR tərəfindən müsadirəsi xəbəri isə həqiqətə uyğun deyil. “Palmali”nin SOCAR-a külli miqdarda borcu var. Bu borc tərəflər arasında əvvəllər mövcud olmuş müqavilə münasibətlərindən əmələ gəlib. Və bu hələ də həllini tapmamış məsələ ilə bağlı daha geniş açıqlamaların verilməsini məqsədəuyğun hesab etmirik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı