Modern.az

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

Azərbaycan-Rusiya sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlandı

Aktual

20 Yanvar 2018, 11:37

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası ilə bağlı növbəti görüşün vaxtı açıqlanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov növbəti görüşün fevralın 20-dən sonra keçiriləcəyini bildirib.

 

O qeyd edib ki, əvvəlcə komissiya sədrləri və ekspertlər səviyyəsində geniş müzakirələr aparılacaq: "Görüş Bakıda olacaq, sonra isə Rusiya ilə sərhəd zonasında sərhəd nişanlarının qoyulması mərasimi keçiriləcək".

 

Gürcüstanla sərhədlərin delimitasiyasına gəlincə, X.Xələfov bununla bağlı görüşün tarixin hələ məlum olmadığını deyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı