Modern.az

Qəddafi “Sarkoziyə “dəli” dedi və Tripolini partladacağı ilə hədələdi

Qəddafi “Sarkoziyə “dəli” dedi və Tripolini partladacağı ilə hədələdi

15 İyul 2011, 12:09

Liviya lideri Müəmmər Qəddafi Tripolidə tərəfdarları qarşısında çxış zalmanı Fransa prezidenti Nikola Sarkozini “hərbi cani” və “dəli” adlandırıb. Modern.az “Europe 1” radiosuna istinadən bildirir ki, bundan sonra Qəddafi özünə sadiq ola qüvvələri qiyamçılara hucum etməyə çağırıb. “Döyüş anı gəldi. Benqazi və Misurataya marşa hazırlaşın”-deyə Liviya lideri bildirib. Qəddafi özü mitinqdə gəlməsə də, onun çıxışı səsgücləndiriclər vasitəsilə verilib.  

Öz növbəsində “İzvestiya” qəzeti Rusiyanın Liyiyaya göndərdiyi xüsusi nümayəndəsinə istinadən maraqlı məlumat yayıb. Prezidentin xüsusi nümayəndəsi Mixail Margelov bildirib ki, Qəddafi paytaxt  qiyamçıların əlinə keçərsə, Tripolini partladacağını deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir