Modern.az

Yeni müharibə qapını DÖYÜR: ABŞ-ın döyüş PLANI

Yeni müharibə qapını DÖYÜR: ABŞ-ın döyüş PLANI

2 Fevral 2018, 14:48

ABŞ hərbi qüvvələrinin yenidən nəzərdən keçirilməsi üçün yeni mərhələyə qədəm qoyub, bu isə Rusiya və Çin təhdidinə adekvat olaraq atılan addımdır.

 

Pentaqonun məlumatına görə, Amerika mümkün iki potensial təhlükənin özünə qarşı çevrilməsinə imkan verməyəcək.

 

ABŞ-ın sonuncu Milli Müdafiə Strategiyası Vaşinqtonun Rusiya və Çin kimi rəqiblərinin Pentaqonun qarşılaşdığı ən böyük problem kimi təsvir edib.

ABŞ Baş Qərargahının rəis müavini, general Pol Selva isə qeyd edib ki, Pentaqonun planı dövlətlərin bir-birinə qarşı olan gərginliyi kontekstindədir.

“Məsələ budur ki, onlar niyə bir-birinə qarşı olacaqlar. Onlar təbii ki, eyni deyillər” – Pol Selva belə izah edib.

 

“Çinlə hər hansı döyüş olacaqsa, bu, hava və dəniz döyüşü olacaq” – o əlavə edib.

Söyləyib ki, bu, o anlama gəlmir ki, ordu və dəniz qüvvələri bir yerdə deyil.

 

“Siz əgər Çinlə potensial qarşıdurmanın necə inkişaf etdiyini düşünürsünüzsə, bu, zaman bilməlisiniz ki, ordu, dəniz və hava qüvvələri qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyətlərini koordinasiya edəcək”.

O, Rusiya təhlükəsindən də danışıb: “Rusiya isə hava qüvvələri və yerüstü döyüşlərin miqyasına görə qlobal problemdir”.

Əlbəttə ki, Rusiya və Çin amili başqa olmaqla Amerika üçün başqa təhlükələr də var – Şimali Koreya, İran və terrorizm təhlükəsi.

 

Modern.az saytının məlumatına görə, Amerikanın hərbi sahə üzrə ixtisaslaşan nəşrləri yazıb ki, ABŞ üçün Şimali Koreyanı “zərərsizləşdirmək” daha asandır. Bu mənada  Pol Selva da bildirib ki, Pxenyan Rusiya və Çindən təchiz olunur və iki rəqibin (Rusiya və Çin) əhatəsində özünün nüvə potensialını genişləndirir.

 

“İran məsələsi isə Rusiya və Çindən daha mürəkkəndir. Çünki İranın yerləşdiyi coğrafiya mürəkkəbdir, buna baxmayaraq Amerika bəzi imkanları inkişaf etdirəcək”-deyə Pol Selva bildirib.

 

Düşünmək olar ki, böyük güclərin rəqabətinə fokuslanan Selva ABŞ-ın Rusiya və Çinə qarşı qlobal kampaniya planının bir hissəsini açıqlayıb.

Strateji və Beynəlxalq Münasibətlərin Araşdırmaları Mərkəzinin analitiki Andryu Hanter bildirib ki, Pentaqona Çin və Rusiya təhdidini fərqləndirmək lazımdır.

 

O xəbərdarlıq edib ki, Rusiya və Çinin ABŞ-a münasibətdə ədalətli davranacağını gözləmək olmaz.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir