Modern.az

Ramil Usubov daha 3 yol yol polisini cəzalandırdı

Ramil Usubov daha 3 yol yol polisini cəzalandırdı

22 İyul 2011, 09:00

Daxili işlər nazirinin 21 iyul 2011-ci il tarixli əmri ilə yol hərəkəti qaydalarını pozmuş sürücü barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş inzibati qaydada tədbir görmədiyinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə, daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1 əməkdaşı tutduğu vəzifədən azad olunub, 1 əməkdaşa "şiddətli töhmət" elan edilib. Bu barədə məlumat verən DİN mətbuat xidməti bildirib ki, tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə görə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının taqım komandirinə ciddi xəbərdarlıq edilib.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı