Modern.az

Saakaşvilli: “Tezliklə Ukraynaya geri dönəcəm”

Saakaşvilli: “Tezliklə Ukraynaya geri dönəcəm”

22 Fevral 2018, 10:42

Ukraynadan deportasiya olunan və 2021-ci ilədək ölkəyə girişi qadağan olunan Mixail Saakaşvilli öz “Facebook” hesabında tezliklə Ukraynaya geri dönəcəyini bildirib.

 

“Mənimlə və ya mənsiz bu hakimiyyətin artıq sonu çatıb. Mənsə tezliklə, 3 ildən daha tez bir müddətdə Ukraynaya, vətənimə geri dönəcəyəm” – deyə o, qeyd edib.

Onun sözlərinə görə o da heç bir dəyişiklik baş verməyən, total yalan və boşboğazlıqdan ibarət bu hakimiyyətdən narazı milyonlarla ukraynalıdan biri olduğunu deyib.

 

Qeyd edək ki, Gürcüstanın eks prezidenti və Odessanın keçmiş rəhbəri olmuş Mixail Saakaşvilli keçən həftə Ukraynadan deportasiya olunub. 21 fevralda isə Ukrayna sərhəd xidməti ona 2021-ci ilə kimi ölkəyə girişi qadağan edib. O, hal hazırda Niderlandadır.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır