Modern.az

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI

Bakıda 16 avtobus marşrutunun yolu dəyişdirildi – SİYAHI

Aktual

23 Fevral 2018, 16:58

Bəzi marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

M.Ağayevin sözlərinə görə, dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

 

“Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib”.

 

Qurum rəsmisi deyib ki, fevralın 24-dən etibarən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxemlə hərəkət edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı