Modern.az

Modul tipli məktəblərin quraşdırılmasına 4 milyon manatadək vəsait ayrılıb

Modul tipli məktəblərin quraşdırılmasına 4 milyon manatadək vəsait ayrılıb

16 Mart 2018, 20:49

Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, qeyd olunan rayonlarında 748 şagird yerlik modul tipli 11 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı  Təhsil Nazirliyinə ayrılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir