Modern.az

"Yolların asfalt örtüyü daş plitələrlə əvəzlənməlidir" - Deputatdan təklif

Aktual

16 Mart 2018, 22:28

Naqif Həmzəyev: "Azərbaycanda yolların asfalt örtüyü daş plitələrlə əvəzlənməlidir"

Azərbaycanın bütün rayon və şəhərlərində yolların asfalt örtüyünün daş plitələrlə əvəz olunması təklif olunub. 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında hökumətin hesabatının müzakirəsi zamanı deputat Naqif Həmzəyev çıxış edib.

Onun sözlərinə görə, bu praktika Gəncə şəhərində tətbiq olunub və büdcənin xeyli qənaətinə səbəb olur. 

N.Həmzəyev həmçinin Gəncə-Naxçıvan aviareysinin yenidən açılmasının da ciddi sosial zərurətə çevrildiyini vurğulayıb: “Bu reysin açılması tələbələr də başda olmaqla xeyli insanların iki bölgə arasında gəliş-gedişini, eyni zamanda bölgələrarası əlaqələri daha da asanlaşdıracaq”. 

Eyni zamanda deputat Azərbaycanda hər il şərab festivalının keçirilməsinin də büdcəyə daxil edilməsi təklifini irəli sürüb, bunun turizmin inkişafında vacib amil olduğunu söyləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı