21 mart 2019, Cümə axşamı
Ana Səhifə - MEDİA - “Real” TV ANS-in yerini doldura bilirmi? - Tanınmış media ekspertləri QİYMƏT VERDİLƏR
“Real” TV ANS-in yerini doldura bilirmi? - Tanınmış media ekspertləri QİYMƏT VERDİLƏR
30.03.2018, 08:45

ANS telekanalı fəaliyyətini dayandırandan sonra bir qisim tamaşaçı yerli teleməkanda boşluq yarandığını bildirirdi. Hətta ANS-in tezliklə açılmağını istəyənlər, onun əməkdaşları üçün darıxdığını deyənlər də vardı.
Bu yaxınlarda keçmiş ANS-çilərin cəmləşdiyi “Real” TV fəaliyyətə başlayanda həmin tamaşaçılar sevindilər. Keçmiş ANS-in pərəstişkarları tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-nin  ANS-i layiqincə əvəz edəcəyini düşünürdülər. Artıq “Real” TV-nin işə başlamağından xeyli müddət keçir və bu televiziya haqda ilkin mülahizələr söyləmək olar.

Maraqlıdır, yeni televiziya kanalı ANS-in  yerini doldura bilirmi?

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Modern.az  saytına deyib ki, “Real” TV bu gün çox böyük vədlər verir:

““Real” TV-ni maraqla izləyirəm, hətta gözləyirəm. Lakin ANS-dən sonra yaranan boşluq demək düzgün deyil. Çünki kifayət qədər televiziyalarımız var və hamısı da fəaliyyət göstərir. Ancaq “Real” TV özünəməxsus, orjinal telekampaniyadır. İnanıram ki, bu televiziya çox böyük uğurlar qazanacaq. Çünki orada tanınmış telejurnalist Mirşahin Ağayev var.

“Real” TV əməkdaşlarının müsahibə aldığı insanlar, onların yanaşma tərzi, studiya orjinallığı kimi məsələlər onu digər televiziyalardan fərqləndirə bilir. Lakin televiziya hələ təzədir deyə, ciddi peşəkarlığından danışmaq çətindir”.


Tanınmış jurnalist və publisist Arif Əliyev isə
“Real” TV-ni izləmədiyini bildirib:


“Amma hər bir halda bizim şəraitdə internet televiziyası efir televiziyasının yerini doldura bilməz. Efir televiziyasının imkanları və əhatə dairəsi tamam başqadır. Ənənəvi televiziya bu gün nəinki Azərbaycanda, bütün dünyada  bir nömrəli informasiya mənbəyi kimi qalmaqdadır. Baxmayaraq ki, elektron media inkişaf edir, bu ənənələr ölkəmizdə daha dərindir. Yəni texnoloji inkişafın gətirdiyi dəyişikliklər cəmiyyətdə  yavaş-yavaş oturuşur. Buna görə də kütləvi informasiya vasitələri arasında efir televiziyaları öz üstünlüyünü qoruyub saxlayır”.


A.Əliyev qeyd edib ki, televiziya sadəcə xəbər demək deyil:

“Xəbərlər məsələsində elektron media daha çox ön plandadır. Amma televiziya sənətdir, öz-özlüyündə jurnalistika fenomenliyidir. Bu sənətin yerini heç nə tuta bilməz. Efirdən getmək, məcburən internet televiziyasına keçid etmək əlbəttə, itirmək deməkdir. İstənilən halda buna hazır olmaq lazımdır. Hələ media tarixində internet televiziyasının efir televiziyasını üstələməsi faktını görməmişəm”.

Media eksperti Zeynal Məmmədli deyib ki, ANS-lə “Real” TV-ni müqayisə etmək düzgün deyil:

““Real” TV-ni ilk günlər izləmişdim. Lakin öncə ANS-in hansı boşluğu doldurğunun cavabını bilmək lazımdır. ANS yeni meydana gələndə doldurduğu boşluqla sonrakı dövrlərdə doldurduğu boşluq fərqli idi. Söhbət “Real” TV-dən gedirsə, burada gün boyu informasiyanın verilməsi Azərbaycan məkanı üçün arzulanan hadisədir. 6 ay içində bu televiziyanın nəyə nail olduğu bilinəcək. Amma indiki halda hər şey normaldır.

Digər tərəfdən bir neçə aylıq uşaqla məktəbdə oxuyan uşağı müqayisə etmək düzgün deyil. Yəni təsəvvür edin, “Real” TV hələ bir neçə gündür doğulmuş uşaq kimidir. O, hələ ki başqalarına , özünə, həm də ANS-ə oxşayır. Amma formalaşandan sonra kimə oxşayacaq? Əsas məsələ budur. Nəzərə almaq lazımdır ki, bəzən yaradıcıların, menecerlərin istəyindən asılı olmayaraq gerçəklik, auditoriya o televiziyanı başqa bir şeyə çevirə bilər. Necə ki, valideynlər  övladını bəstəkar kimi görmək istəsə də, uşaq futbolçu olur. Eləcə də televiziyadan da dəyişikliklər gözləmək mümkündür. Xüsusilə də Azərbaycan məkanında..”.

“Real” TV-nin əməkdaşı  Ləman Ələşrəfqızı düşünür ki, bu televiziya  artıq özünü doğrultmağa başlayıb:

““Real” TV qısa müəddətdir fəaliyyət göstərir. Bu televiziya boşluğu doldurdu demirəm, amma hardasa durğunluq səngidi. İnformasiya məkanında dirçəliş olduğu hiss olundu.  Fəaliyyət göstərdiyimiz çox qısa vaxt ərzində Röyter agentliyi  “Real” TV-nin Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Muhəmməd Barkindo ilə müsahibəsinə istinad edibsə, mənə elə gəlir ki, bu, artıq nədənsə xəbər verir. Düşünürəm ki, “Real” TV qarşısına qoyduğu öhdəlikləri və öz missiyasını doğruldacaq”.

“Azadlıq” radiosunun keçmiş əməkdaşı, Avropada yaşayan jurnalist Rövşən Əliyev isə deyir ki, bir nəfərdən asılı özəl TV-nin fəaliyyətindən çox şey gözləməyə dəyməz:

“ANS iki nəfərdən asılıydı. Dağıdıb bir nəfərdən asılı TV yaratdılar. 
Müstəqillik dövrümüzün mediasında indiyəcən gördüyüm ən mükəmməl sistem Nəcəf Nəcəfovun qurduğu "Azadlıq" qəzeti idi. Çünki bir nəfərdən asılı sistem deyildi, işlək redaksiya şurası vardı.
Ancaq belə sistemləri yaratmağa həmişə cəhd eləməliyik. Başqa yolumuz yoxdur”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək
21.03.2019, 15:50

Tokayev Qazaxıstan prezidenti kimi ilk səfərini Rusiyaya edəcək

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib
21.03.2019, 15:28

Azərbaycan səyahət etmək üçün ən yaxşı ölkələr siyahısına daxil edilib

Bakı-Sumqayıt magistralında yol qəzası
21.03.2019, 15:15

Bakı-Sumqayıt magistralında yol qəzası

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA
21.03.2019, 14:53

Gələn aydan ailələrə uşaqpulu veriləcək? - RƏSMİ AÇIQLAMA

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?
21.03.2019, 14:22

Qəzetləri məğlub edən saytlar sosial şəbəkələrlə mübarizə apara biləcəkmi?

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq
21.03.2019, 13:37

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı
21.03.2019, 13:28

Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti uzadıldı

Sabahın HAVASI: Çiskinli yağış yağacağı ehtimalı var
21.03.2019, 13:26

Sabahın HAVASI: Çiskinli yağış yağacağı ehtimalı var

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı
21.03.2019, 13:00

Əfqanıstanda PARTLAYIŞ: 6 ölü, 23 yaralı

Azercell daha bir uğura imza atdı
21.03.2019, 12:34

Azercell daha bir uğura imza atdı

Qaradağda 2 otaqlı evdə YANĞIN
21.03.2019, 12:17

Qaradağda 2 otaqlı evdə YANĞIN

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21.03.2019, 11:26

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Polis həyətində çətənə əkəni saxladı
21.03.2019, 11:25

Polis həyətində çətənə əkəni saxladı

Bakı Novruzu belə qeyd edir - FOTOLAR
21.03.2019, 11:15

Bakı Novruzu belə qeyd edir - FOTOLAR

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ
21.03.2019, 11:04

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8 faiz artıb - RƏSMİ

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21.03.2019, 10:50

Bu təqdirdə Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR
21.03.2019, 10:43

Amerikada soydaşlarımızı bir araya gətirməyi bacaran azərbaycanlı - FOTOLAR

Bakıda sərnişin avtobusu yandı
21.03.2019, 10:33

Bakıda sərnişin avtobusu yandı

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu
21.03.2019, 10:21

“Bosniya qəssabı”nın cəzası ömürlük həbslə əvəz olundu

Ermənilər atəşkəsi 30 dəfə pozdu
21.03.2019, 10:00

Ermənilər atəşkəsi 30 dəfə pozdu

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI
21.03.2019, 09:35

Azərbaycanda dövlət hesabına dərmanla təmin olunan xəstələrin SAYI

Azərbaycana yaz fəsli gəldi   
21.03.2019, 01:58

Azərbaycana yaz fəsli gəldi  

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  
21.03.2019, 01:45

Bu gün Avropa Çempionatının seçmə mərhələsi başlayır - TƏQVİM  

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”
21.03.2019, 01:36

Millimizin baş məşqçisi: “İstəyirik ki, rəqibə xoş olmayan sürpriz edək”

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu   
21.03.2019, 01:24

Göyçayda faciə - gənc bədbəxt hadisənin qurbanı oldu  

Samuxda ər arvadını bıçaqladı
21.03.2019, 00:11

Samuxda ər arvadını bıçaqladı

Kral əyləncəyə 23 milyard dollar ayırdı
20.03.2019, 23:46

Kral əyləncəyə 23 milyard dollar ayırdı

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi    
20.03.2019, 23:38

Vergilər Nazirliyinin “Veysəloğlu”nu cərimələdiyi təsdiqləndi  

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib
20.03.2019, 23:28

Qazaxıstanın mərkəzi küçələrə Nursultan Nazarbayevin adı verilib

FED baza faiz dərəcəsini dəyişmədi
20.03.2019, 23:10

FED baza faiz dərəcəsini dəyişmədi

Növbəti  Ay tutulması müşahidə edilir
20.03.2019, 22:27

Növbəti  Ay tutulması müşahidə edilir

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı
20.03.2019, 22:07

Türkiyədə terror təşkilatının azərbaycanlı üzvü saxlanıldı

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək   
20.03.2019, 21:50

Azərbaycan millisinin oyununu bu hakimlər idarə edəcək  

Rus turistlərdən film kimi cinayət
20.03.2019, 21:29

Rus turistlərdən film kimi cinayət

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
20.03.2019, 21:10

Avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb
20.03.2019, 21:01

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 2 faiz artıb

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO
20.03.2019, 20:49

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil etdi - FOTO

Qubada maşınlar qar uçqunu altında qaldı
20.03.2019, 20:32

Qubada maşınlar qar uçqunu altında qaldı

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO
20.03.2019, 20:18

Azərbaycanın Serbiyadakı səfirliyində bayram tədbiri - FOTO

Zəlzələdə 3 nəfər xəsarət aldı
20.03.2019, 20:03

Zəlzələdə 3 nəfər xəsarət aldı

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü
20.03.2019, 19:45

Milli komandamıza daha iki xorvat məşqçi götürüldü

“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
20.03.2019, 18:22

Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu mövzusunda müzakirələr aparılıb

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb
20.03.2019, 18:18

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı
20.03.2019, 17:11

Türkiyədə zəlzələ oldu, məktəblər bağlandı

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi
20.03.2019, 16:19

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi
20.03.2019, 16:12

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda əsgərlərə baş çəkdi

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
20.03.2019, 15:36

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək
20.03.2019, 15:10

Azərbaycan Avropa ölkələrinə tekstil malları ixrac edəcək

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu
20.03.2019, 14:43

Astananın adı rəsmən dəyişdirildi, Nursultan oldu

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA
20.03.2019, 14:24

Fəhləlikdən prezidentliyə yüksələn Nursultan Nazarbayev FOTOLARDA

ARXİV