Modern.az

Yük maşınını insanların üzərinə sürdülər - 3 ölü, 20 yaralı

Yük maşınını insanların üzərinə sürdülər - 3 ölü, 20 yaralı

Dünya

7 Aprel 2018, 20:27

Almaniyanın Myunster şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində ölən və yaralananların dəqiq sayı açıqlanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yerli polis idarəsi bildirib ki, insident nəticəsində 3 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün Almaniyanın Myunster şəhərində yük maşını insanların üzərinə sürülb. Yük maşının sürücüsü insidentdən sonra intihar edib. Hazırda polislər hadisənin terror aktı olub-olmadığını araşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir