Modern.az

Suriya BÖHRANI: Səs çoxluğu qazanmadı, ikinci dəfə hərəkətə keçdilər

Suriya BÖHRANI: Səs çoxluğu qazanmadı, ikinci dəfə hərəkətə keçdilər

Dünya

15 Aprel 2018, 10:33

Sabah BMT Təhlükəsizlik Şurasında Fransa, ABŞ və Britaniyanın Suriyaya dair qətnamə layihəsinin müzakirəsi başlayacaq.

 

Modern.az saytı xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. "Müzakirələr bazar ertəsi günü başlayacaq"-, deyə bildirilib.

 

Qeyd edilib ki, qətnamə layihəsinin həmməruzəçilərinin səs verməsinə baxmayaraq, o, dəqiqləşdirilməyib. BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edilən Suriyaya dair qətnamə layihəsində kimyəvi silahın tətbiqi pislənilir, bu cür hadisələrin araşdırılması üçün müstəqil tədqiqat mexanizminin yaradılması tələb edilir. Sənəddə Suriyada, xüsusən aprelin 7-də Dumada kimyəvi silahın tətbiqi qəti şəkildə pislənilir.

 

Qeyd edək ki, bundan öncə BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib. Rusiyanın Suriyaya qarşı aqressiv münasibətə son qoyulması qətnaməsi səs çoxluğu qazanmayıb.

 

Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasında keçirilib.

 

Rusiya qətnamə layihəsində koalisiyanın hərəkətlərini pisləyib və ABŞ-dan, onun müttəfiqlərindən Suriya əleyhinə təcavükar münasibətə dərhal son qoyulmasını, habelə BMT nimzamnaməsi və beynəlxalq hüququn pozulması ilə gücdən istifadə edilməməsini tələb edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı