Modern.az

“Türkiyənin bu jesti yüksək qiymətləndirilməlidir” - Azərbaycanlı deputat TƏŞƏKKÜR ETDİ

“Türkiyənin bu jesti yüksək qiymətləndirilməlidir” - Azərbaycanlı deputat TƏŞƏKKÜR ETDİ

25 May 2018, 16:26

Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xatirə pul nişanı hazırlanıb. Maksimum sayı iki min ədəd olan 20 türk lirəsinin çəkisi 925 əyar gümüşdən ibarətdir.

Mayın 18-dən dövriyyəyə buraxılan xatirə pul nişanları 2020-ci ilin mayın 18-nə kimi satışda qalacaq.

Milli Məclisin  Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Kərimli Modern.az saytına danışarkən bu addımı yüksək qiymıtləndirib:


“Bildiyiniz kimi, müstəqilliyimizi bərpa edəndən sonra bizi ilk tanıyan dövlət Türkiyə olub. Biz dünən AXC-nin 100 illiyi ilə əlaqəli Türkiyə səfirliyi ilə birlikdə tədbir keçirdik. Həmin tədbirdə də qeyd edildi ki, həqiqətən o zaman Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi olmasaydı, bəlkə Azərbaycanın bugünkü istiqlalı sual altında qalardı. Türkiyə dövlətinin bu addımını çox yüksək qiymətləndirirəm. Onlar Azərbaycan dövlətini özlərindən kənar bilmirlər. Bir var xalqların, millətlərin birliyi, bir də var dövlətlərin birliyi. Adətən dünya praktikasında dövlətlərin birliyi halları çox az olur.  Çünki hər bir suveren dövlət ancaq öz atributlarını inkişaf etdirir.  Bu baxımdan Türkiyənin bu jesti yüksək qiymətləndirilməlidir”.


Deputat qeyd edib ki, bu addım  Azərbaycan-Türkiyə əlaqələrinin nə qədər yaxın olduğunu göstərir:

“Cənab prezident İlham Əliyevin Avropada olarkən Türkiyəyə qarşı yönələn tənqidlərə  “Türkiyə burda təmsil olunmasa da, mən burdayam”  deməsi də münasibətlərimizin qarşılıqlı olduğunu sübut edir. Dövlət maraqlarımız demək olar ki, üst-üstə düşür. Türkiyə dövlətçiliyi Azərbaycan dövlətçiliyinin yeri gələndə qarantı kimi çıxış edir. Bu baxımdan onlara ancaq təşəkkür  düşür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır