Modern.az

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

18 İyun 2018, 15:36

Avropa İttifaqı Şurası Krım və Sevastopolla bağlı sanksiyaları bir il müddətinə uzadıb.

 

Qərar Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan 28 kənd təsərrüfatı nazirinin toplantısında, qeyd olunan bölgələrin Rusiya tərəfindən ilhaqının tanınmaması ilə əlaqədar blokun strategiyası çərçivəsində qəbul olunub.

 

Qeyd edək ki, Krıma qarşı sanksiyalara, yarımadada istehsal olunan istənilən məhsulun Avropaya idxalının qadağan edilməsi, Krım ərazisinə avropalı biznesmenlərin yatırımlar etməsinin qadağan edilməsi daxildir.

 

Həmçinin Avropa gəmilərinin Krım limanlarına, təyyarələrin isə Krım aeroportlarına daxil olmasına icazə verilmir (fövqəladə və qəzalı enişlər istisna olmaqla).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir