Modern.az

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

Elçibəyin ailəsi onun 80 illiyini Kələkidə qeyd edir

24 İyun 2018, 12:52

Bu gün  mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 80 illiyi tamam olur.

 

Modern.az saytı mərhum prezidentin yubileyi günündə ailəsi ilə əlaqə saxlamağa çalışıb. Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev saytımıza açıqlamasında deyib ki, atasının yubileyini xalqın içində qeyd edirlər.

 

“Hazırda Kələkidəyik. Atamın 80 illik yubileyini keçiririk. Atam bu kənddə doğulub. Bu yerlərin hər qarışını çox sevərdi. Onun 80 illiyini doğulduğu torpaqda qeyd etmək daha doğru addımdır. Kənd insanları bir yerə toplaşıb atamla bağlı xatirələrini danışırlar.  Bir övlad olaraq atamın yanımızda olmasını istərdim. O, hər şeydən öncə bizim üçün şərəfli ömür qoyub gedib. Ruhu şad olsun”.

 

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində anadan olub.

 

1980-ci illərdə Azərbaycan xalq hərəkatının lideri, Azərbycan Xalq Cəbhəsinin sədri olub. O 1992-1993-cü illərdə Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti olub.

 

2000-ci il avqustun 22-də vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir