Modern.az

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Dünya Çempionatı-2018: Yaponiya Seneqalla sülhlə ayrıldı

Aktual

24 İyun 2018, 21:03

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti günündə  “H” qrupunda yer alan Yaponiya və Seneqal milliləri qarşılaşıblar. Modern.az xəbər verir ki, “Yekaterinburq Arena”da keçirilən qarşılaşma bərabərliklə bitib. Afrikalılar hesabda 2 dəfə önə keçsələr də, qələbə qazana bilməyiblər. Belə ki, oyunun 11-ci dəqiqədə Seneqal Sadiqo Manenin, 71-ci dəqiqəsində isə ussa Vaquenin qolu ilə önə keçib. Amma Yaponiya 34-cü dəqiqədə Takaşi İnui, 78-ci dəqiqəsində isə Keysuke Hondanın qolları ilə rəqibi mərkəzə dəvət edib.

Seneqal yığması qrupun ilk turunda Polşa millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yaponiya isə birinci turda gözlənilmədən Kolumbiya yığmasından üstün olub (2:1).

 

Qeyd edək ki, Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

 

Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı