Modern.az

Dünya Çempionatı-2018: Rusiya qrupdan ağır məğlubiyyətlə çıxdı - VİDEO

Dünya Çempionatı-2018: Rusiya qrupdan ağır məğlubiyyətlə çıxdı - VİDEO

25 İyun 2018, 20:03

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III tura start verilib. Modern.az xəbər verir ki, gün ərzində oynanılması nəzərdə tutulan 4 görüşdən artıq ikisi yekunlaşıb. “A” qrupunun paralel oynanılan görüşlərində 6 xalla səkkizdəbir finala vəsiqəni təmin edən ev sahibi Rusiya yığması Uruqvay millisi ilə qarşılaşıb. Uruqvay yığması rəqibini 3:0 hesabı ilə məğlub edib. Hesabı 10-cu dəqiqədə Luis Suares açıb. 23-cü dəqiqədə Denis Çerışev avtoqola imza atıb.

Qarşılaşmanın 36-cı dəqiqəsində qırmızı vərəqə alan İqor Smolnikov Rusiya yığmasını azlıqda qoyub.

Oyunda son nöqtəni 90-cı dəqiqədə Edinson Kavani qoyub.

Beləliklə, üç oyunun hamısında qələbə qazanan Uruqvay qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb.

 

Digər görüşdə isə Səudiyyə Ərəbistanı və Misir yığmaları üz-üzə gəlib. Qarşılaşma Səudiyyə Ərəbistanının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk qolu Misir yığmasının heyətində Məhəmməd Salah vurub. Səudiyyə Ərəbistanının futbolçusu Salman əl-Fərəc 45+6-cı dəqiqədə hesabı bərabərləşdirib. Salem əl-Dosari isə 90+5-ci dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra Səudiyyə Ərəbistanı qrup mərhələsini 3, Misir isə xalsız başa vurub.


25 iyun

A qrupu

18:00. Uruqvay - Rusiya - 3:0 
Qollar: 
L. Suares, 10 (1:0), D. Çerışev, 23-avtoqol (2:0), Kavani, 90 (3:0)
Qırmızı vərəqə: İ. Smolnikov, 36
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena" 


18:00. Səudiyyə Ərəbistanı - Misir - 2:1
Qollar:
 M. Salah, 22 (0:1), S. Əl-Hadari, 45+2-penalti (1:1), Salem, 90+5 (2:1)
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena" 

1.

Uruqvay

3

3

0

0

5:0

9

2.

Rusiya

3

2

0

1

8:4

6

3.

S.Ərəbistanı

3

1

0

2

2:7

3

4.

Misir

3

0

0

3

2:6

0

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır