Modern.az

Azərbaycandakı Pakistan şirkətlərinin SAYI

Azərbaycandakı Pakistan şirkətlərinin SAYI

4 İyul 2018, 14:45

“Azərbaycan və Pakistan ikitərəfli münasibətlərə sahibdirlər. Dövlət başçılarımızın görüşlərindən də bu açıq hiss olunur”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

O deyib ki, hər iki ölkə müəyyən dövrlərdə birgə forumlar keçirib. “Bunun sayəsində hər iki ölkənin sahibkarları görüşlər keçirib və çiyin-çiyinə əməkdaşlıq edib.

 

Ötən il Pakistan və Azərbaycan arasında ticarət dövriyyəsi artıb. Bu il də hesabatlara baxdıqda ticarət dövriyyəsinin artdığını görürük”.

 

O bildirib ki, Azərbaycanda 267 Pakistan kapitalı ilə olan şirkətlər mövcuddur.

“Bu kifayət qədər yaxşıdır. Bu onu göstərir ki, Pakistanın iş adanları Azərbaycandan məmnundur”.

Nazir müavini deyib ki, Pakistan şirkətləri Azərbaycana 4.2milyon dollar kapital yatırıblar.

“Amma biz bunu daha da artırmaq üçün çalışmalıyıq. Biz ötən il Azərbaycanın ixtacatçılarından ibarət qrupu Pakistana göndərdik. Bu tədbir çox əhəmiyyətlidir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır