Modern.az

Bakıda zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari qəza - VİDEO

Aktual

17 İyul 2018, 22:56

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Modern.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu ərazisində yerləşən parkının yanında, Vergilər Nazirliyinin inzibati binasının qarşısında baş verib.

 

Belə ki, yüksək sürətlə hərəkət edən sürücü idarəetməni itirib və digər avtomobilə çırpılıb. Onun toqquşduğu avtomobil də səkidə dayanan yaşlı qadını vurub. Hadisə baş verən zaman qadının qucağında nəvəsi olub.

 

Qəza nəticəsində yaranan zərbədən uşaq qadının qucağından uçaraq yaxınlıqdakı otluğa düşüb. Hadisə şahidlərinin dediyinə görə, körpənin vəziyyəti yaxşı olsa da, qadın hərəkətsiz halda olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı