Modern.az

General yaralanan çavuşu təltif etdi

General yaralanan çavuşu təltif etdi

18 İyul 2018, 14:08

Bu il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xid­mə­ti əra­zisində dövlət sərhə­dinin po­zulmasının qarşısını alarkən silahlı sər­­­­həd pozucu­ları ilə atışmada çoxsaylı güllə yarası almış baş ça­­vuş Kurupov Ra­­ma­zan Məm­məd oğlu sağalıb.

 

Modern.az-ın xəbərinə görə, çavuş R.Kurupovun sağ­lam­­­­lığı qısa müddət ərzində bər­­pa edilib və hazırda onun tibbi reabili­tasiya pro­se­dur­­­­larına cəlb edilməsi planlaşdırılır. Müalicə təd­bir­ləri yekunlaşdıq­­­­dan sonra baş çavuş R.Kuru­povun Silahlı Qüvvə­lə­rin ehtiya­tı­na buraxılması nəzərdə tutulub.

Dövlət Sərhəd Xidmətinin rəisi ge­­­ne­ral-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə al­tına qoyaraq dövlət sərhədinin pozulmasına imkan ver­mədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir