Modern.az

ABŞ-da gəmi faciəsi: 11 ölü

ABŞ-da gəmi faciəsi: 11 ölü

Dünya

20 İyul 2018, 11:18

ABŞ-ın Missuri gölündə suda və quruda hərəkət edə bilən təkərli qayığın batması nəticəsində faciə baş verib.

 

Modern.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, faciə nəticəsində ən azı 11 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

 

Branson Cox Tıp xəstəxanasından qayığın batmasından qısa bir zaman sonra 3-ü uşaq 7 nəfərin xəstəxanaya çatdırıldığını bildirib. Onlardan ikisinin vəziyyətini ağır olduğu qeyd edilib.

 

Stone bölgə şerifi Douq Reyder batan qayıqda 31 nəfərin olduğunu müəyyən etdiklərini bildirib.

Hazırda hadisə yerində xilasedicilər itən şəxslərin axtarışını davam etdirir.

 

Qeyd edək ki, ABŞ-ın Milli Meteorologiya Xidməti qayığın batdığı zaman küləyin sürətinin 100 km/saat olduğunu bəyan edib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı