Modern.az

Rusiyadan Köçəryanın həbsinə reaksiya

Rusiyadan Köçəryanın həbsinə reaksiya

1 Avqust 2018, 00:47

Rəsmi Moskva Ermənistanda aparılan həbslərə reaksiya verib. Modern.az xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Ermənistanın sabıq prezidenti Robert Köçəryanın həbsi ilə bağlı danışan S.Lavrov bildirib ki, Ermənistanın yeni rəhbərliyinin siyasi təqiblərinə yol verməyəcəyi ilə bağlı səsləndirdiyi bəyanatlara baxmayaraq, hazırda bunun tam əksinə davranırlar.

 

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Təşkilatının baş katibi general Xaçaturov və keçmiş prezident Köçəryan dövlət çevrilişinə cəhddə ittiham olunur: "Moskva rəsmi İrəvanın müttəfiqi kimi Ermənistanda sabitliyin bərqərar olmasında maraqlıdır. Buna görə də Ermənistanda baş verənlər bizi narahat etməyə bilməz".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır