Modern.az

ABŞ səfirliyində qadın casus aşkarlandı – Prezidentlər haqda məxfi məlumatlara malik olub

ABŞ səfirliyində qadın casus aşkarlandı – Prezidentlər haqda məxfi məlumatlara malik olub

3 Avqust 2018, 09:27

Rusiya xüsusi xidmət orqanlarının agenti 10 ildən çox ABŞ-ın Moskvadakı səfirliyində çalışıb.

 

Modern.az saytının xəbərinə görə, bu haqda Britaniyanın nüfuzlu “The Guardian” nəşri ABŞ-ın əks-kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilir ki, həmin şəxs qadındır və o eyni zamanda uzun müddət ABŞ-ın Məxfi xidmətinin əməkdaşı olub. Məlumata görə, ABŞ səfirliyinin təhlükəsizlik xidməti 2016-cı ildə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqəsi olan qadınları araşdırıb.

Lakin Vaşinqtona bu haqda 2017-ci ilin yanvarında məruzə edilib. Bundan sonra isə Məxfi xidmət tammiqyaslı araşdırmanı həyata keçirməməyə qərar verib.

Mənbənin dediyinə görə, həmin şübhəli şəxsi ötən ilin yayında səfirlikdən çıxarıblar.

“Məxfi xidmət işçini vəzifədən çıxarmaqla zərər vurub. Lakin Məxfi xidmətin rəhbərliyi zərərin qiymətləndirilməsi üçün heç bir daxili araşdırma aparmayıb”-mənbə bildirib.

 

Qeyd olunub ki, həmin agentdə əhəmiyyətli məlumat bazalarına giriş olub.

 

“Bura ABŞ-ın Məxfi xidmətinin rəsmi poçt sisteminə giriş daxil idi. Həmçinin keçmiş və indiki prezidentlərin, vitse-prezidentlərin, onların ər-arvadlarının, Hilari Klintounun cədvəlinə girişə malik idi”- mənbə söyləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir