Modern.az

Azərbaycanda 5 minə yaxın elektron çıxarış sahibi var

Azərbaycanda 5 minə yaxın elektron çıxarış sahibi var

8 Avqust 2018, 12:18

Əmlak Məsələləri Dövlət Komitəsi əmlak idarəçiliyi sahəsində tətbiq etdiyi elektron xidmətlər və maraqlı yeniliklər barədə avqustun 8-də “Əmlak idarəçiliyində tam elektronlaşma” mövzusunda mətbuat nümayəndələri üçün info-tur təşkil edilib.

 

Modern.az xəbər verir ki, info-turun təşkil olunmasında məqsəd mətbuat nümayəndələri vasitəsilə vətəndaşlara çağırış etmək və bu elektron xidmətlərdən maksimum istifadəyə dəvət etməkdir.

Media nümayəndələrinə məlumat verən Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət orqanlarında göstərilən xidmətlərin tam elektronlaşması, xidmətlərin vətəndaşlara əl çatan olması, idarəetmənin modernləşdirilməsi istiqamətində mühüm tapşırıqlar verib. “Burada əsas məqsəd vətəndaş məmur əlaqələrinin minimuma endirməklə, qeyri-qanuni neqativ halların aradan qaldırılmasıdır. Bu tapşırıqlara uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də bütün xidmətlərini tam olaraq elektronlaşdırıb.

 

Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən tədbirdə əmlak idarəçiliyində tətbiq edilən elektron xidmətlər, informasiya sistemlərinin necə çalışması canlı olaraq nümayiş edilib, onların iş prinsipi və üstünlükləri ilə bağlı media nümayəndələrinə məlumat verilib.

Jurnalistlər komitənin təqdim etdiyi 39 elektron xidmətlə tanış olub, bu xidmətlərdən istifadə qaydalarını canlı izləyiblər.

 

Anar Nərimanov bildirib ki, həmin xidmətlərin 26-sı daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. “Bu xidmətlərin 37-si interaktiv, 2-si isə informativ xidmətlərdir. Xidmətlərdən internet üzərindən E-emdk.gov.az portalına daxil olmaqla istifadə etmək mümkündür. Belə xidmətlər sayəsində əmlakla bağlı bütün əməliyyatları evdən və ya ofisdən çıxmadan həyata keçirmək mümkündür. Belə ki, elektron xidmətlər vasitəsilə dünyanın hər yerindən özəlləşdirmə hərracına qatılaraq dövlət əmlakına sahib olmaq, eləcə də daşınmaz əmlakı sənədləşdirmək və əmlak çıxarışını elektron qaydada almaq olar. Əhali və investorlar bu xidmətlərdən getdikcə daha çox istifadə etməyə başlayıblar. Artıq bu xidmətlərdən istifadə edənlərin sayı 800 minə yaxındır”.

Direktorun sözlərinə görə, özəlləşmə sahəsində maksimum elektron mühit formalaşıb.

 

 “Özəlləşmənin elektronlaşmasına imkan verən innovativ addım elektron hərracın istifadəsi ilə bağlıdır. Sistem vasitəsilə investorlar heç bir yerə getmədən olduğu məkandan əmlak sahibi olur. Bunun üçün yalnız internetə qoşulmaq və onlayn olaraq sifariş verdiyi əmlakın hərracında iştirak etmək lazımdır. İnvestorların daha rahat qatılması üçün yaradılan Özəlləşdirilmə portalında hərraca çıxarılan əmlaklarla vizual şəkildə tanış olmaq mümkündür. Hazırda portala baxış sayı 2 milyona yaxınlaşıb. Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, İrlandiya, Fransa, Almaniyada portalı izləyənlərin sayı kifayət qədərdir”.

 

Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov deyib ki, hərraclarla bağlı sifarişlər elektron şəkildə yerinə yetirilir. “Səhmdar cəmiyyətlərin səhm paketlərinin, kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmətlər, hərracların canlı izlənməsini təmin edən onlayn hərrac bu sahəni daha da cəlbedici edir. Daşınmaz əmlakın qeydiyyatı prosedurlarını vətəndaşlar üçün sadə və əlçatan edən elektron xidmətlər də istifadəyə verilib. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu elektron müstəvidə həyata keçirilir. Yəni, vətəndaşlar daşınmaz əmlaklarına dair çıxarışların alınması üçün sənədlərini və müraciətlərini onlayn göndərə bilirlər. A.Nərimanov bildirib ki, ən çox istifadə olunan xidmət “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi”dir. “Bu xidmət vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları həyata keçirmək, əmlakla bağlı müxtəlif arayışları almaq daha da sadələşib. İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” elektron xidməti vətəndaşlar üçün olduqca əhəmiyyətlidir. Bildirilib ki, bununla yeni tikilən binalarda mənzil alanlar öncədən həmin binanın çıxarışının olub-olmamasını əvvəlcədən öyrənə bilirlər. Xidmət bu sahədə yaranacaq risklərin qarşısını alır, leqal əmlakların sayını artırır”.

 

Komitənin elektron şəbəkələr sisteminə daha bir yenilik olan Elektron çıxarış sisteminin daxil olduğunu deyən A.Nərimanov bildirib ki, sistem daşınmaz əmlaklara dair sənədi elektron şəkildə qeydiyyata alır.

 

 “Bununla çıxarışın həm kağız həm də elektron şəkildə variantı eyni hüquqi qüvvəyə malik olur. Sistemin tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını da genişlənib.

 

Hazırda 5 minə yaxın elektron çıxarış sahibi var. Elektron çıxarışa sahib olanların öz sənədlərinin həqiqiliyini onlayn yoxlamaq imkanı da var. Bununla bağlı elektron xidmət də fəaliyyətdədir”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir