Modern.az

ABŞ-la müharibə, yoxsa sülh? – Xamneyi seçimini AÇIQLADI

ABŞ-la müharibə, yoxsa sülh? – Xamneyi seçimini AÇIQLADI

14 Avqust 2018, 10:25

İranın dini lideri Ayətullah Xamneyi ABŞ-la aralarındakı gərginlik və müharibə çağırışlarına rəy bildirib.

 

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, Xamneyi bu çağırışların ciddi təhlükə kəsb etmədiyini və heç bir müharibənin olmayacağını bildirib.

O, ABŞ tərəfinin hadisəni şişirtməkdə ittiham edib.

 

“ABŞ rəsmiləri İran haqqında açıq şəkildə danışırlar. Onlar müharibə və danışıqlar haqda danışırlar. Müharibə olmayacaq. Biz heç bir zaman müharibəni başlatmamışıq, onlar da İran hərbçiləri ilə döyüşməyəcəklər” – Xamneyi bildirib.

 

O bu sözləri ilə ABŞ-ın İran üçün ciddi bir təhlükə kəsb etmədiyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü