Modern.az

İpoteka kağızları elektronlaşdırılır

İpoteka kağızları elektronlaşdırılır

24 Sentyabr 2018, 12:22

Azərbaycanda ipoteka kağızları elektronlaşdırılır. Modern.az-ın məlumatına görə, bununla bağlı “İpoteka haqqında” qanuna dəyişiklik edilir Layihə "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" ölkə prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanının 9.2. bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə endirilməsi, şəffaflığın artırılması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə hazırlanıb. Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəaların hüquqi əsasının formalaşdırılmasını, həmçinin ipoteka kağızının tərtib olunmasını, ipoteka qoyan tərəfindən imzalanmasını, onun notarial qaydada təsdiqlənməsini və digər prosedurların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir