Modern.az

Neftin qiyməti 81 dolları ötdü

Neftin qiyməti 81 dolları ötdü

24 Sentyabr 2018, 21:00

Dünya bazarında neftin qiyməti bir qədər də bahalaşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, artım OPEC+ təşkilatının açıqlamalarından sonra qeydə alınıb. 

 

Belə ki, Londonun İCE Futures birjasında “Brent” markalı neftin bir barreli 2,9 faiz bahalaşaraq 81,17 dollara satılıb. Bununla da "Brent" markalı neftin qiyməti 2014-ci il noyabrın 21-dən sonra ilk dəfə 81 dolları keçib.

 

Bununla yanaşı, Nyu-York birjasındakı hərracda WTI markalı neftin bir bareli 2,02 faiz bahalaşaraq 72,21 dollar olub.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü