Modern.az

Müdafiə Nazirliyi “Google”u məhkəməyə verdi

Müdafiə Nazirliyi “Google”u məhkəməyə verdi

28 Sentyabr 2018, 12:22

Belçikanın Müdafiə nazirliyi “Google” şirkətini məhkəməyə vermək qərarına gəlib.

 

Modern.az De Standart nəşrinə istinadən xəbər verir ki, buna səbəb isə şirkətin “Google Maps” xidmətinin xəritələrindəki hərbi obyektlərin silinməsi tələbinə rədd cavabı verməsi olub.

 

Açıq göstərilən hərbi obyektlərə isə NATO-nun qərargahı və Belçika Hərbi Hava Qüvvələrinin bazası daxildir.

Narazılığa səbəb olan obyektlər içərisində xəritədə dəqiq göstərilmiş Neft obyektlər və Atom Elektrik Stansiyası da yer alır.

 

Belçika tərəfi bütün bu obyektlərin xəritədə daha solğun göstərilməsini tələb edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir