Modern.az

Paşinyan istefa şərtlərini açıqladı

Paşinyan istefa şərtlərini açıqladı

2 Oktyabr 2018, 23:08

Ermənistanın baş naziri Nikol Paşinyan istefasının şərtlərini açıqlayıb. Modern.az “RİA Novosti”yə istiandən xəbər verir ki, Paşinyan “Çiçəklənən Ermənistan” və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcəyini açıqlayıb.

 

Paşinyan bildirib ki, hələlik baş nazir vəzifələrini icra edəcək.

 

Öz növbəsində "Daşnaksütun" partiyası bəyan edib ki, özü nazirlərini geri çağırır.

 

Baş nazir həmçinin bildirib ki, parlament yeni baş naziri seçməsə, növbədənkənar parlament seçkiləri təyin olunacaq.

 

Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir