Modern.az

SOCAR işçilərinə verilən çörəkdən niyə milçək çıxdı? - Növbəti AÇIQLAMA

SOCAR işçilərinə verilən çörəkdən niyə milçək çıxdı? - Növbəti AÇIQLAMA

10 Oktyabr 2018, 15:37

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə Neft Daşlarındakı sexdə bişirilən çörəyin içərisindən həşərat çıxdığını iddia edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a açıqlamasında məsələ ilə bağlı xüsusi komissiya yaradıldığını bildirib:

“Qeyd edim ki, çörək bişirən podratçı şirkətdir, SOCAR çörək bişirmir. İddia olunan nöqsanla bağlı xüsusi komissiya yaradılıb. Təyin olunan ekspertlər məsələni yerində araşdırcaqlar”.
 

İ.Əhmədov bildirib ki, belə bir halın baş verməsi yolverilməzdir:

“Əməkdaşlarımızın sağlamlığı və qida təhlükəsizliyi bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, hüquq müdafiəçisi “Azneft İB” baş direktoru Daşqın İskəndərova səslənib. Həşərata işarə edərək, onun "Xəzər İaşə MMC”nin istehsalı olan çörəyin içindən çıxdığını vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir