Modern.az

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi

Azərbaycanlı müəllim Polşa Universitetində seminar keçdi

16 Oktyabr 2018, 12:25

Qərbi Kaspi Universiteti “Erasmus” proqramı çərçivəsində Avropanın nüfuzlu universitetləri ilə müəllim və tələbə mübadiləsini davam etdirir.

 

Modern.az xəbər verir ki, universitetin müəllimi, Biznes Məktəbinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Könül Hilal bu proqram çərçivəsində Polşanın Nicolaus Copernicus Universitetində seminarlarla çıxış edir. “Turizmdə marketinq” və "Rəqəmsal marketinq" mövzularında təşkil olunan seminarlar magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri üçün nəzərdə tutulub.

 

Bir həftə ərzində davam edən seminarlar qrup işlərinin təşkili, müxtəlif keyslərin hazırlanması və həlli ilə müşayiət olunub.

 

Xatırladaq ki, bir müddət öncə Polşanın Nicolaus Copernicus Universitetinin müəllimi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Przemyslaw Charzynski Qərbi Kaspi Universitetinin Turizm ixtisası üzrə təhsil alan tələbələri üçün mühazirələrlə çıxış etmişdi. Bu yaxınlarda bu universitetin daha bir müəlliminin Qərbi Kaspi Universitetində mühazirələri nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...