Modern.az

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

Amaşovdan TƏKLİF: “Bu qanun layihəsinə dini xurafat anlayışı əlavə edilsin”

16 Oktyabr 2018, 13:59

“Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin mən qanun layihəsinə dini xurafat anlayışının əlavə edilməsinin təklif edərdim”.

 

Modern.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə biruzə verə bilir.

 

Məktəblərdə Həyat bilgisi dərsliyinin keçirilməsinin müsbət hal olduğunu deyən deputat söyləyib ki, sözügüdən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır.

 

“Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığıa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir