Modern.az

Lenovo yeni modelini təqdim etdi

Lenovo yeni modelini təqdim etdi

20 Oktyabr 2018, 20:34

Lenovo çoxdan texnologiya gündəmində olan “Lenovo S5 Pro” modelini ictimaiyyətə təqdim edib. Modern.az xəbər verir ki, məhsullarını təkmilləşdirən Lenovo yeni modelinin rəsmi tanıtımını edib.

 

Yeni model “S5 Pro Qualcomm” tərəfindən istehsal edilən “Snapdragon 636 yongaset” dəsti ilə təchiz edilib. 6 GB RAM-a malik olan telefonun daxili yaddaşı 128 GB-dır.

 

“Lenovo S5 Pro”nun arxa tərəfində 12MP + 20MP ikili kamera ön tərəfdə isə 20 MP selfie kamerasının olması istifadəçilərinə foto çəkməkdə geniş imkanlar yaradır.

 

İndi Çinə uyğun olaraq telefonun ilkin satış qiyməti 190 dollardır. Telefonun qlobal bazara nə vaxt gələcəyi hələ dəqiqləşdirilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır