Modern.az

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Aktual

20 Oktyabr 2018, 23:09

“Camal Qaşıqçının öldürülməsi olayı tam olaraq işıqlandırılmayıb. Bu hərəkəti ən güclü şəkildə pisləyirik. Səudiyyə Ərəbistanından Qaşıqçının ölüm səbəbi məsələsində şəffaflıq gözləyirik. İstanbuldakı hadisələr barədə yetərli məlumat verilməyib”. Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

Merkel Səudiyyə Ərəbistanından bu məsələdə şəffaflıq tələb edib.

Bu arada Camal Qaşıqçının qətli işinə Səudiyyə Ərəbistanının məhkəməsində baxılacağı ilə bağlı açıqlama verilib. Krallığın ədliyyə naziri, şeyx Valid bin Məhəmməd əs-Samaani bildirib ki, Qaşıqçının öldürülməsi Səudiyyə Ərəbistanının suveren ərazisində baş verib. Müvafiq prosedurun başa çatmasından sonra iş baxılması üçün Səudiyyə məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı