Modern.az

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Aktual

23 Oktyabr 2018, 20:04

Azərbaycanda kütləvi bədən tərbiyəsi və idmanın inkişafı üzrə milli strategiya hazırlanacaq. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bu, 2019-cu il dövlət büdcəsinin zərfində öz əksini tapıb.

Sənəd layihəsinə əsasən, bu məsələ 2019-2022-ci illər üzrə idman sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Digər prioritetlər uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın geniş təbliği, təhsil alan yeniyetmə və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla, bədən tərbiyəsi məşğələlərinin təşkili olacaq.

 

Bununla yanaşı, əhalinin bütün təbəqələrindən olan insanların fiziki inkişaf səviyyəsinin yüksəldilməsi üçün lazımi şəraitin yaradılması, idman sənayesinin yaradılması, idman sahəsində sponsorluq fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı