13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Bir şəklin tarixçəsi - Müslüm Maqomayev və Allahşükür Paşazadə - Peyğəmbər məscidinin ziyarətində sənətkarı heyrətə salan HADİSƏ
Bir şəklin tarixçəsi - Müslüm Maqomayev və Allahşükür Paşazadə - Peyğəmbər məscidinin ziyarətində sənətkarı heyrətə salan HADİSƏ
27.10.2018, 16:58

Dahi opera və estrada müğənnisi, korifey sənətkar Müslüm Maqomayevin əbədiyyətə qovuşmasından 10 il ötür. Dünyanın hər yerində böyük rəğbətlə sevilən, musiqi aləmində özünəməxsus iz qoyan şöhrətli sənətkar 2008-ci ilin 25 oktyabrında vəfat etmiş, 29 oktyabrda isə Bakıdakı Fəxri Xiyabanda torpağa tapşırılmışdı.

Onun haqqında çox yazıblar. Populyarlığı, aristokratik davranışı, yaradıcılığı qurur doğuracaq bir hadisədir. Fenomenal səsi ilə isə o, publikanın sevimlisinə, idoluna çevrilmişdi.


Lakin ateist sovet dövlətinin mədəniyyət ulduzu olan Müslümün ruhi tarazlığı üçün söykəndiyi məqamlar barədə çox az danışıblar.


Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi budəfəki foto və şərh korifey sənətçinin dinə münasibəti ilə bağlıdır.

Yaradıcılığı sovet ateizminin sərt illərinə düşən böyük sənətkar Müslüm Maqomayevi ruhi atmosfersiz təsəvvür etmək doğru olmazdı. Din o zaman cəmiyyət həyatında anaxronizm sayılsa da, Müslümün oxuduğu lirik mahnıları elə humanist ideyaların bəşəri təcəssümü saymaq olar. Məsələn, onun böyük Nizamidən oxuduğu “Sevgili canan” romansı korifey sənətkarın ruhi emosiyalarını çox gözəl ifadə edir.


Bakıda doğulan və boya-başa çatan Müslüm bu şəhərin bəzəyi olan  qədim məscidilərindən, dini ənənələrindən, imanlı insanlarından bixəbər ola bilməzdi.

Müslüm Maqomayev öz memuarlarında yazır:

Mən bütün dinlərə çox hörmət edirəm. Onları bir-birindən fərqləndirmirəm. İstənilən radikalizmə qarşıyam. “Quran”ı oxumuşam, “Bibliya”nı, “İncil”i yaxşı bilirəm. Digər dinləri də ciddi şəkildə öyrənmişəm. Heç bir yerdə, heç bir sətirdə dinlərin bir-birini təkzib etməsini oxumamışam. Mən məscidə də, buddist məbədinə və pravoslav kilsəsinə də eyni qaydada girə bilərəm”.

Böyük sənətkar din xadimləri ilə dostluğundan və bu barədə açıq danışmaqdan da çəkinmirdi. Müslüm Maqomayev SSRİ dönəmində  Ümümrusiya Patriarxı olmuş Pimenlə dostluq əlaqələrini həmişə qeyd edib.  Maqomayev öz memuarlarında yazır:

“Mən öz təbii köklərimə görə müsəlmanam. Bir dəfə Patriarx Pimendən soruşdum: “Mənim dini mənsubiyyətim sizi qıcıqlandırmır?” O birbaşa cavab verdi: “Qətiyyən. Biz hamımız Allahın uşaqlarıyıq. Hamımız...”.

Sovet elitasının pərdəarxası həyatına yaxşı bələd olan korifey sənətkar SSRİ-də ateizmin rəsmi təbliği ilə real vəziyyətin  fərqli olduğunu görürdü. M.Maqomayev memuarlarında bu barədə belə qeyd edib:

“Bir dəfə Patriarx Pimenin dəvəti ilə Troitsa monastırına getmişdik. Həmin gün SSRİ rəhbəri Konstantin Ustinoviç Çernenkonun vəfat etməsi barədə xəbər verildi. Biz Patriarxın kabinetində oturmuşduq. Kremldən zəng gəldi. Oradan Çernenkonun xrisitan qaydalarına uyğun dəfn edilməsi xahiş olunurdu. Mən təəccüblə soruşdum:  “Belə sifarişlər indi gəlməyə başlayıb?”.  Pimen cavabında “yox, həmişə belə olub. Brejnev öləndə də zəng vurmuşdular” dedi”.

M.Maqomyev yazır ki, görünür kommunist rəhbərləri belə ürəklərinin dərinliklərində Allaha bağlı idilər.

SSRİ vaxtı sovet artistləri içərisində ilk dəfə İsrailə səfər etmiş M.Maqomayevin həmin ölkə ilə bağlı təəssüratlarında da maraqlı qeydlər var. SSRİ ilə diplomatik əlaqələrin olmadığı vaxtda - “Qoskonsert”in xətti ilə İsrailə gedən Müslüm müqəddəs yerləri, o cümlədən Məhəmməd Peyğəmbərin meraca getdiyi məşhur “Əl-Əqsa” məscidini də ziyarət edib. Maqomayev memuarlarında bu məsciddə baş vermiş maraqlı əhvalatı da yazıb:

“Məhəmməd Peyğəmbərin meraca getdiyi məşhur “Əl-Əqsa” məscidində peyğəmbərin üzərində namaz qıldığı balaca xalça saxlanılır. Fərhad Bədəlbəyli bu xalçanı görən kimi irəli atıldı, diz çöküb dua etməyə başladı. Xalça nadir olduğu üçün toxunmağa icazə vermirdilər. Tərcüməçi birtəhər vəziyyəti mühafizəçilərə başa saldı. Çıxanda mən Fərhaddan soruşdum: “Sən axı partiya üzvüsən. Necə belə edə bildin?”. Fərhad mənə “Biz hamımız ürəyimizdə Allaha inanırıq” dedi.  

Müqəddəs yerlərlə görüş adamda gözlənilməz təəssüratlar qoyur. Sanki sən hər şeyi görür və oranı 3 ölçülü məkandasanmış kimi qəbul edirsən. Dərhal anlayırsan ki, bu təəssürat sənin əvvəlki bildiklərindən tam fərqli hissidir”.   


Modern.az
saytının təqdim etdiyi bu nadir və maraqlı fotoda böyük sənətkar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə əks olunub.

Bu da onu göstərir ki, Müslümün azərbaycanlı din xadimləri ilə də əlaqələri yüksək səviyyədə olub. 

Azərbaycanın ən ağır və çətin günlərində - 1990-cı ilin 20 yanvarında öz etiraz səsini ucaldan və SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən Allahşükür Paşazadənin çağırışına böyük sənətkar da dəstək verib.
O zaman Moskvada yaşayan Müslüm Maqomayev sovet ordusunun Bakıda törətdiyi qanlı qırğına sərt etiraz edib. O,  Şəhidlərin xatirəsinin əbədilşdirilməsi üçün abidənin qoyulmasını təklif edib və bunun üçün Bakıya böyük miqdarda pul göndərib. 


Belə məqamlar böyük Müslümün şəxsiyyətini bir daha adama tanıdır və onu ucaldır.


Xatırladaq ki, korifey sənətkarımız 2008-ci ilin 29 oktyabrında İslam qaydalarına uyğun Fəxri Xiyabanda dəfn olunub.


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

Fatih Terim əməliyyat olundu
12.11.2018, 19:39

Fatih Terim əməliyyat olundu

QTA-da sahibkarlarla görüşdü - FOTO
12.11.2018, 19:28

QTA-da sahibkarlarla görüşdü - FOTO

Prezident nazirliyə 3,5 milyon pul ayırdı
12.11.2018, 19:19

Prezident nazirliyə 3,5 milyon pul ayırdı

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi
12.11.2018, 19:10

Mərkəzi Bank 38 min manatdan çox saxta pul aşkar etdi

Slovakiyanın baş naziri Azərbaycana gəlib
12.11.2018, 19:02

Slovakiyanın baş naziri Azərbaycana gəlib

Azərbaycanda qaz abonentlərinin sayı artıb
12.11.2018, 18:53

Azərbaycanda qaz abonentlərinin sayı artıb

İnam Kərimov qəbul keçirəcək
12.11.2018, 18:44

İnam Kərimov qəbul keçirəcək

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 
12.11.2018, 18:35

Azay Quliyev 17 min tələbənin problemini həll etdi 

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT
12.11.2018, 18:26

Yol polisindən yük maşınlarının sürücülərinə MÜRACİƏT

Prezident biznes sahəsində fərqlənənləri təltif etdi - SİYAHI
12.11.2018, 18:15

Prezident biznes sahəsində fərqlənənləri təltif etdi - SİYAHI

Bərdədə yeni istixana istifadəyə verilib - Foto
12.11.2018, 18:11

Bərdədə yeni istixana istifadəyə verilib - Foto

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM   
12.11.2018, 18:04

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırıldı - SƏRƏNCAM  

Çaylarda mövcud vəziyyət AÇIQLANDI
12.11.2018, 17:58

Çaylarda mövcud vəziyyət AÇIQLANDI

Ermənistanın müdafiə naziri Azərbaycan Ordusunun irəlilədiyini ETİRAF ETDİ
12.11.2018, 17:48

Ermənistanın müdafiə naziri Azərbaycan Ordusunun irəlilədiyini ETİRAF ETDİ

Prezident və birinci xanım açılış ETDİ - YENİLƏNİB
12.11.2018, 17:36

Prezident və birinci xanım açılış ETDİ - YENİLƏNİB

Agentlik Təbriz və Həsənoğlu küçələrində işə başladı - VİDEO
12.11.2018, 17:29

Agentlik Təbriz və Həsənoğlu küçələrində işə başladı - VİDEO

QHT Şurasının rəsmisi tələbə-jurnalistlərlə görüşdü
12.11.2018, 17:27

QHT Şurasının rəsmisi tələbə-jurnalistlərlə görüşdü

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı
12.11.2018, 17:17

Şəkər xəstəsi olan uşaqların sayı açıqlandı

Manatın sabahkı MƏZƏNNƏSİ
12.11.2018, 17:06

Manatın sabahkı MƏZƏNNƏSİ

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb
12.11.2018, 17:01

Qəbələdə ovçu şəlaləyə düşərək ölüb

Azərbaycanda yarım milyon manata gəmi satılır
12.11.2018, 16:43

Azərbaycanda yarım milyon manata gəmi satılır

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI   
12.11.2018, 16:35

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI  

Məhkumların əl işləri sərgiləndi - FOTO
12.11.2018, 16:25

Məhkumların əl işləri sərgiləndi - FOTO

Əli Məhərrəmzadənin
12.11.2018, 16:07

Əli Məhərrəmzadənin "Çovdar çörəyi" təqdim olunub  

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı
12.11.2018, 16:05

Milli Paralimpiya Komitəsində yeni idman növü yaradıldı

ARXİV