Modern.az

Nəsli kəsilməkdə olan balıqların artımı TƏKLİF

Nəsli kəsilməkdə olan balıqların artımı TƏKLİF

Aktual

2 Noyabr 2018, 15:38

"Nəsli kəsilməkdə olan balıqların artımına nail olmaq üçün su hövzələrində sivil və müasir fermalar yaradılmalıdır".

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O qeyd edib ki, ölkəmizdə digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsi də var.

İ.İbrahimova əlavə edib ki, bu gün ən vacib və ən aktual məsələ Xəzər dənizindəki balıq növlərinin, xüsusən də nəsli kəsilməkdə olan nərə cinsli balıqların azalmasının qarşısını almaq və artımına nail olmaqdır:

"Bunun üçün əsas çıxış yollarından biri də bütün dünyada olduğu kimi, ölkəmizdə də təbii və süni su hövzələrində müasir fermaların yaradılmasıdır. Bu cür balıqçılıq fermalarının yaradılması əhalinin qida zəncirində balıq məhsullarının yer almasına, qiymətinin ucuzlaşmasına, həm də regionlarda iş yerlərinin açılmasına səbəb olar".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı