Modern.az

Ölkəyə gətirilən bu avtobuslar ƏDV-dən azad olunacaq

Ölkəyə gətirilən bu avtobuslar ƏDV-dən azad olunacaq

19 Noyabr 2018, 15:23

1 yanvar 2019-cu ildə qüvvəyə minəcək Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərdə sıxılmış qazla işləyən avtobusların idxalının 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Dəyişiklik qəbul olunarsa. bu, sürücü də daxil olmaqla 10 nəfərədən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslara şamil ediləcək.

Modern.az xəbər verir ki, həmçinin qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdə Məcəlləyə 1.63.9 aşağıdakı məzmunda 190.4.1-ci və 190.4.1-2-ci maddələrin də əlavə edilməsi təklif olunur:

190.4.1-1. Avtobuslara görə,

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda, mühərrikin həcminin hər kubsantimetrinə görə -2 manat;

-mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda, 8000 manat+mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 4 manat;

- mühərrikin həcmi 10000 kubsantimetrədək olduqda, 2800 manat+mühərrikin həcminin 8001-10000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə-8 manat;

- mühərrikin həcmi 10 000 kubsantimetrdən çox olduqda, 44000 manat+mühərrikin həcminin 10000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə-10 manat aksiz dərəcəsi nəzərdə tutulur.

 

Hazırda qüvvədə olan qanuna görə:

 

Vergitutma obyektinin adı

Aksizin dərəcəsi

Minik avtomobilləri:

 

- mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda

 

 

- mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda

 

 

 

- mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda

 

 

- mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda

 

 

- mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda

 

 

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr

 

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0, 20 manat

 

 

400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat

 

 

3400 manat + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat

 

11 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat

 

 

31 400  manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 40 manat

 

 

Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı