Modern.az

Bakıya 70 yeni avtobus gətiriləcək

Bakıya 70 yeni avtobus gətiriləcək

20 Noyabr 2018, 13:06

Yaxın vaxtlarda Türkiyənin “Anadolu İsuzu Otomotiv Sanayi ve Ticaret” və “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətlərinin istehsalı olan daha 70 avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur.

 

Bu barədə “Xaliq Faiqoğlu” şirkətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ ilə 31 avqust 2018-ci il tarixli müqaviləyə əsasən paytaxtımıza “BMC Procity” markalı yeni avtobuslar gətiriləcək:

 

“Həmçinin “Anadolu İsuzu Otomotiv Sanayi ve Ticaret” şirkəti ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq “İsuzu Citiport” markalı avtobusların yeni partiyasının gətirilməsi təmin ediləcək. Sifariş edilmiş avtobuslar yerli və beynəlxalq standartlara, həmçinin Euro 6 ekoloji standartlarına tam cavab verir.

Şirkət yeni avtobusların alınması istiqamətində bir sıra maliyyə qurumları ilə, eləcə də yerli və beynəlxalq banklarla əməkdaşlıq edir”.

 

“Xaliq Faiqoğlu” MMC-nin əsas məqsədi sərnişinlərə rahat və təhlükəsiz sərnişindaşıma xidməti göstərməkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir