Modern.az

Deputat: "Diqanostika mərkəzlərinə büdcədən niyə vəsait ayrılmır?"

Deputat: "Diqanostika mərkəzlərinə büdcədən niyə vəsait ayrılmır?"

Təhsil

4 Noyabr 2011, 16:43

Noyabrın 4-də Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin 2012-ci ilin büdcə layihəsinin müzakirə olunduğu birgə iclasında deputat İlham Məmmədov ölkədə fəaliyyət götərən Diaqnostika mərkəzləri ilə bağlı məsələ qalıdırb. O, bildirib ki, respublikada fəaliyyət göstərən Diaqnostika mərkəzləri Dövlət Neft Şirkəti tərəfindən tikilir və tədricən onlar Səhiyyə Nazirliyinin balansına verilir.
“Amma büdcədən buna vəsait ayrılmayıb”-deyə deputat vurğulayıb.

Məsələyə iclasda iştirak edən Maliyyə Nazirliyinin rəsmisi Xaqani Rzayev münasibət bildirib. Nazirlik rəsmisi etiraf edib ki, doğurdan da belə bir məsələ var. “Bu məsələnin həlli üçün müzakirələr aparılır”-deyə o qeyd edib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı