Modern.az

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər  

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər   

9 Dekabr 2018, 23:15

Ermənistanın həbs olunan ikinci prezidenti Robert Koçaryanın müdafiəsiləri mitinq və piketlərə hazırlaşırlar.

Modern.az saytı xəbər verir ki, sabiq prezidentin tərəfdarları aksiyalara 11 dekabrdan başlayacaqlarını bəyan ediblər. Bu barədə “Prezident azadlıq!” təşəbbüs qrupunun yaydığı bəyanatda deyilir.

 
Bəyanatda Ermənistan əhalisi aksiyalara qoşulmağa çağırılıb.

“Biz dəhşətli ədalətsizliyə qarşı öz qəti səsimizi qaldırmağa hazırlaşırıq. Biz 11 dekabrı mübarizə mərhələsinin başlanğıcı elan edirik və hamını bizə qoşulmağa çağırırıq... Bizə qoşulun!”, - Təşəbbüs qrupunun bəyanatda qeyd olunub.

Dekabrın 7-də Ermənistanın Apellyasiya Məhkəməsi eks-prezident Robert Köçəryanın həbsi haqqında qərar çıxarıb. R.Koçaryanın hazırda“İrəvan-Kentron” təcridxanasında saxlanıldığı bildirilir.  

O, 1 mart qırğınlarının təşkilində, konstitusion nizamı dəyişməkdə ittiham edilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir