Modern.az

Əhliman Əmiraslanov seçicilərini qəbul etdi

Əhliman Əmiraslanov seçicilərini qəbul etdi

Aktual

14 Dekabr 2018, 15:19

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik  Əhliman  Əmiraslanov  Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Qəbulda autizm, şəkərli diabet və digər xəstəliklərin müalicəsi ilə bağlı müraciətlər olub.

Səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən insanlarla yanaşı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də qəbulda olublar.

Seçicilər isə, əsasən sosial problemlər, işlə təmin olunma ilə bağlı müraciətlərini deputata çatdırıblar.

Əhliman Əmiraslanov bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.

Bununla yanaşı  bəzi problemlərin aradan qaldırılması məqsədilə vətəndaşlardan sənədlər qəbul edilərək müvafiq orqanlara müraciətlərin hazırlanması  üçün göstərişlər verilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı