Modern.az

Qayınata ehtiyatsızlıqdan kürəkənini vurdu

Qayınata ehtiyatsızlıqdan kürəkənini vurdu

Aktual

17 Dekabr 2018, 01:00

Qax sakinini avtomobil vurub. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Turaclı kənd sakini 1978-ci il təvəllüdlü Rəşad Feyzulla oğlu Ramazanov Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub.

 

Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub. Məlum olub ki, hadisə 40 yaşlı R.Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl də Qaxda avtomobil piyadanı vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!