Modern.az

Milli Məclis sabah komitə iclası keçirəcək  

Milli Məclis sabah komitə iclası keçirəcək   

16 Yanvar 2019, 14:52

Sabah – yanvarın 17-də Milli Məclisin yaz sessiyası çərçivəsində ilk komitə iclası keçiriləcək.


Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, sabah Mədəniyyət komitəsinin ilk iclası keçiriləcək.


İclasda 2018-ci ilin payız sessiyasında görülmüş işlərin hesabatı, həmçinin, komitənin növbəti yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilib, təsdiqlənəcək.

 

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası isə fevralın 1-də baş tutacaq.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir