Modern.az

Türkiyədə 75 PKK terrorçusu zərərsizləşdirildi

Türkiyədə 75 PKK terrorçusu zərərsizləşdirildi

4 Fevral 2019, 20:02

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında antiterror əməliyyatları çərçivəsində PKK terror təşkilatının 75 üzvünü zərərsizləşdirib.

 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının hesabatında bildirilir ki, bu müddət ərzində bir türk hərbçisi həlak olub, 3 nəfər isə yaralanıb.

 

Bundan başqa, yanvar ayı ərzində terrorçularla əlaqədə şübəhli bilinən 350 nəfər saxlanılıb. Onlardan 108-i həbs olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir