Modern.az

Ekskavator sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

Ekskavator sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

14 Fevral 2019, 20:02

Qubada Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində ekskavatorun operatoru Qasımov Vüqar Eyvaz oğlunun ölməsi ilə bağlı cinayət işi başlanıb. Quba rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, fevralın 7-də Qubanın Vəlvələ kəndi ərazisində Vəlvələçayda aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində nəqliyyat vasitəsinin operatoru Qasımov Vüqar Eyvaz oğlu Vəlvələçaya düşərək boğulub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda V.Qasımovun axtarışları davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir