Arxiv
11 mart 2019, 12:33 | PARLAMENT
Deputatlar Baş nazirin ilk hesabatından nələr gözləyir?  

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Milli Məclisdə hesabat verəcək.

Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinə görə, Milli Məclisinin həll etdiyi məsələlərdən biri də Nazirlər Kabinetinə etimad məsələsidir. Bu, Baş nazirin Nazirlər Kabinetnin sədri olaraq ilk hesabatı olacaq. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.

Azərbaycan Respublikasının Konstitusiyasının 119-cu maddəsinə görə, Nazirlər Kabinetinin səlahiyyətlərinə dövlət büdcəsinin layihəsini hazırlanması və icrasının, maliyyə-kredit və pul siyasətinin, dövlət iqtisadi və sosial təminat proqramlarının həyata keçirilməsinin təmin edilməsi və nazirliklərə, digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik daxildir. 

Baş nazirin ilk hesabatından nələr gözləyirsiniz?

Modern.az bu sualla deputatlara müraciət edib.


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
bildirib ki, sosial müdafiə sistemində ötən ilin yekunları ilə bağlı bütövlükdə büdcənin bütöv  təsnifatını, oradakı bütün məqamları müsbət qiymətləndirir:

“Eyni zamanda, 2019-cu il üçün büdcə müzakirəsi aparılanda həm komitə, həm də plenar iclasda deputatlar hökumətin bir sıra məsələlərə diqqətini cəlb etdi. Həmin məsələlərin bəziləri cənab Prezident tərəfindən həll olundu. O da sosial müdafiə sahəsi ilə bağlı atılan addımlardır. Bəli,  Baş nazir Novruz Məmmədov ilk dəfə Milli Məclisdə hesabat verəcək. Novruz Məmmədov Baş nazir statusu çərçivəsində addımlar atır, cənab Prezidentimizin sosial müdafiə sistemi istiqamətində etdiyi islahatların icrası ilə məşğuldur. O, icraçı olaraq cənab Prezidentimizin tapşırıqlarını yerinə yetirir. Eyni zamanda, bəzi problemlər də mövcuddur. Hökumət olan yerdə problemlər də var. O problemlərin də aradan qaldırılması üçün vaxtaşırı işlər görülür”.


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun
sözlərinə görə, son vaxtlar Nazirlər Kabinetinin işində canlanma müşahidə olunur:

“Hökumətin hesabatı ilə tanışam. Deputat həmkarlarım kimi mən də çıxış edərək fikirlərimi səsləndirəcəm. Baş nazir kimi Novruz Məmmədovun çıxış etməsi və digər deputat həmkarlarımızın verdiyi qiymət çox önəmlidir. Eyni zamanda, deputat kimi Nazirlər Kabinetinin işini yüksək qiymətləndirirəm. Gördüyünüz kimi, işlər davam edir. Novruz Məmmədov Baş nazir seçiləndən sonra  televiziyalarda bütün nazirlərin çıxış etmələrinin şahidi oluruq. Bu da görüləcək işlərin inkişafına, yaxşılaşmasına xidmət edir.  Baş nazirin müavinləri də aidiyyatı komissiya sədrləri kimi vaxtaşırı olaraq sosial məsələlərlə bağlı görüşlər keçirirlər. Ona görə də deyə bilərəm ki, son vaxtlar Nazirlər Kabinetinin işində canlanma müşahidə olunur. Təbii, bu da bizi sevindirir. Çıxışım zamanı kənd təsərrüfatı sahəsində aparılan işlər barədə danışacam. Bir vaxtlar qəbul etdiyimiz “Kənd təsərrüfatı kooperasiyası  haqqında qanun” layihəsi ilə bağlı  Nazirlər Kabinetində məşğuldurlar. Kənd təsərrüfatı nazirimiz İnam Kərimov bu yaxınlarda Sabirabadda oldu. Rayonun kəndlərində fermerlərin könüllü surətdə bir-birilə birləşməsinin  şahidi oluruq. İnanırıq ki, yaxın gələcəkdə əhalini kənd təsərrüfatı məhsulları ilə tam təmin edə biləcəyik. Bu da uğurlu addımdır”.

Deputat Fəzail Ağamalı deyib ki, 2018-ci il ölkəmizin bütün sahələrində uğurlu il kimi yadda qalıb:

“Bütün sahələrdə olduğu kimi, sosial -iqtisadi sahədə də  ciddi uğurlara imza atdıq. Azərbaycan dünyada gedən olduqca çətin və kəskin xarakter daşıyan katakrizmlərdən özünü sığortalaya bildi. Yenə də regionun lider dövləti statusunu saxladı. Beynəlxalq səviyyədəki nüfuzunu daha da möhkəmləndirdi. Transmilli xarakter daşıyan, xüsusən də, Cənub Qaz dəhlizi ilə bağlı layihələrin ilkin mərhələsinin başa çatmasına imza atdı. Bununla bağlı Milli Məclisin plenar iclasında Hökumətin hesabatında ətraflı danışacam. Qısa olaraq demək istərdim ki, 2018-ci ilin aprelində prezident seçkilərindən sonra dövlət başçısı ciddi xarakter daşıyan islahatların  daha da dərinləşməsi istiqamətində mühüm addımlar atdı. Fərmanlar və sərəncamlar imzaladı. Yeni Hökuməti formalaşdırdı. Yeni Hökumətdə təmsil olunan şəxslər insanların da rəğbətini qazana biliblər. Təbii ki, bu istiqamətdə islahatlar davam edir. Vergi və gömrük sistemində ciddi xarakter daşıyan islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması ilə bağlı ciddi islahatlar başlanıb. İslahatlar indi də davam edir. Eyni zamanda,  sosial sahədə də ilkin addımlar atıldı. Bunun davamı olaraq 2019-cu ildə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün ölkə Prezidentinin inqilabi xarakter daşıyan sərəncam və fərmanları özünün əhəmiyyətli bəhrəsini verməkdədir. Əminəm ki, 2019-cu ildə daha ciddi uğurlara imza atacağıq. Prezidentin gördüyü işlər bunu deməyə tam əsas verir”. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49