Modern.az

Türkiyə ABŞ-ın qərarını pislədi

Türkiyə ABŞ-ın qərarını pislədi

25 Mart 2019, 22:00

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanınması qərarına münasibət bildirib.

Modern.az xəbər verir ki, Mövlud Çavuşoğlu “Tvitter” hesabında ABŞ-ın növbəti dəfə beynəlxalq hüququ yox saydığını bildirib: “Ancaq bu qərar İsrailin ilhaqını əsla qanuniləşdirməyəcək. Əksinə, Yaxın Şərqdəki sülh cəhdlərini əngəlləyərək, bölgədə gərginliyi daha da artıracaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır