Arxiv
15 Aprel 2019, 10:45 | AKTUAL
UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub.

 

Modern.az xəbər verir ki, final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi olub. Qələbə əldə edən UNEC komandası  Azərbaycan Super Liqasına vəsiqə qazanıb.

Yarışın sonunda mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov qalibləri təbrik edərək, onlara gələcək yarışlarında uğurlar arzulayıb. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC komandasının gücləndirilməsi istiqamətində lazımi dəstəyin davam etdiriləcəyini bildirən rektor, UNEC-in növbəti mövsümdə də azarkeşlərini sevindirəcəyinə əminliyini ifadə edib.

Final mərhələsində iştirak edən Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digər qonaqlar qaliblərə medalları təqdim ediblər.

UNEC komandasının məşqçiləri Etibar Qasımov və Sergey Titoviçdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
TANAP yayda hazır olacaq 18 Aprel 2019, 22:19 Oqtay Əsədov Valentina Matviyenkonu medalla təltif etdi 18 Aprel 2019, 21:54 Paytaxt sakini özünü yaşadığı binadan atdı 18 Aprel 2019, 21:34 “Qarabağ” qələbə qazanaraq liderliyini möhkəmləndirdi 18 Aprel 2019, 21:17 Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi 18 Aprel 2019, 21:01 Alimlər xərçəngə qarşı dərman kəşf etdi 18 Aprel 2019, 20:46 Bakıda yol qəzası tıxaca səbəb oldu 18 Aprel 2019, 20:27 Miqrasiya Xidmətinin rəisi yenidən CANLI YAYIMDA 18 Aprel 2019, 20:13 Bakıda yeniyetməyə qarşı quldurluq 18 Aprel 2019, 20:02 Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxsə 15 sutka həbs verilib 18 Aprel 2019, 19:43 Paytaxtın bu rayonlarında qaz olmayacaq 18 Aprel 2019, 19:38 Almaniyadan ekstradisiya olunan şəxs Lənkəranda məhkəmə qarşısında 18 Aprel 2019, 19:23 Elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçənlərin sayı açıqlandı 18 Aprel 2019, 19:15 Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər 18 Aprel 2019, 19:06 Balıq tutmağa yollanmış 57 yaşlı Bakı sakini itkin düşdü 18 Aprel 2019, 18:54 Bakcell Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu 18 Aprel 2019, 18:32 Makron Roma papasını Fransaya dəvət etdi 18 Aprel 2019, 18:28 Nazirlik ağac kəsintisi ilə bağlı faktı yenidən araşdırdı 18 Aprel 2019, 18:15 “İrəli”nin“Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir   18 Aprel 2019, 18:02 Ronaldu “Yuventus”dan erkən  gedə  bilər 18 Aprel 2019, 18:00