Modern.az

Yakın Doğu – azərbaycanlılara yaxın universitet

Yakın Doğu – azərbaycanlılara yaxın universitet

10 Yanvar 2012, 10:05

Bu gün azərbaycanlı gənclər dünyanın ayrı-ayrı ölkələrində fəaliyyət göstərən universitetlərdə təhsil alırlar. Belə ali təhsil müsəssilərindən biri də Şimali Kipr Türk Respublikasında fəaliyyətdə olan Yakın Doğu Universitetidir. Hazırda burada 300-dən artıq azərbaycanlı tələbə təhsil alır.  Bu işdə dövlətimiz daim gənclərə qayğı göstərir. Bəs, azərbaycanlı gənclərin bu universitetə xüsusi maraq göstərmələri nəylə bağlıdır.  

Yakın Doğu Universitetindən məzun olan tələbələrimiz Azərbaycan Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, SOCAR, Milli Elmlər Akademiyası, Banklar və bir çox özəl şirkətlərdə işləyirlər

Universitetin prorektoru və Mühəndislik Fakultəsi Dekanı professor Fəxrəddin Sadikoğlu deyir ki, Yakın Doğu Universiteti (YDU)1988-ci ilde kiprli bir türk tərəfindən yaradılıb: “Buna qədər bu universitet sadəcə bir kurs kimi fəaliyyət göstərib. Universitetin yaradıcısı Dr.Suat Günsel Orta Doğu Universitetinin fizika bölümünün məzunu olub. YDU özəl bir universitet olaraq fəaliyyət güstərir, 20 mindən çox tələbəsi var. Azərbaycanlı tələbələr ilk dəfə bura təxminən 10 il əvvəl gəliblər. O zaman universitetə axının az olmasina baxmayaraq, hazırda maraq artıb və 300 dən çox azərbaycanlı tələbə burada təhsil alır.

Yakın Doğu Universiteti Orta Şərgin ən böyük və Azərbaycana münasibəti ən isti olan universitetdir.

Universitetimizidə 16 fakultə 75 ixtisas var. Universitetimizin ən yüksək dərəcədə sağlıq hizməti verən və yaxın coğrafiyada ən böyük sayılan xəstəxanası və Dünyanın sadəcə 28 Universitetində olan superkomputeri var.

“Forbest” jurnalında yer alan dünyanın tək Universitetidir.

 Bacarııqlı tələbələrə məhdud miqdarda iş imkanı da təmin edilir.

Azərbaycanın milli-tarixi bayramlarını biz bir qayda olaraq, Azəbaycandan musiqiçiləri, millət vəkillərini, alimləri dəvət edərək qeyd edirik.

Yakın Doğu Universitetindən məzun olan tələbələrimiz Azərbaycan Xarici İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, SOCAR, Milli Elmlər Akademiyası, Banklar və bir çox özəl şirkətlərdə işləyirlər.

 YDU Avropa universitetləri tərəfindən və eyni zamanda UNESCKO çərçivəsində dünya universitetləri birliyi tərəfindən tanınmaqdadır.

Buna əlavə olaraq YDU İslam Dünyası Universitetləri Federasiyası tərəfindən də tanınır. Bu 3 qurumun loqosu bizim diplomlarda öz əksini tapır. Həmçinin YDU Azərbaycanda reytinqi ən yüksək olan universitetlərdəndir . Azərbaycanda 10 dan artıq universitetlə protokol anlasmamız var. Bu münasibətlərin bariz nümunəs kimi

Universitetimizin Qurucu Rektoru Dr.Suat Günsel Azərbaycan Prezidenti İlham Əliyev cənabları tərəfindən Azərbaycan Respublikasının xarici vətəndaşlara verilən ən yüksək ordeni olan “Dostluq Ordeni” ilə təltif olunub.

Mən Azərbaycanın burada diospara rəhbəri və YDU-nun rektor yardımçısı olaraq azərbaycanlı tələbələrin tərbiyə və təhsilə münasibətlərindən yetərincə razıyam.Yeni bir proyektimizə əsasən Azərbaycanda TQDK-dan minimum 550 bal toplayan tələbələrin burada təmannasız oxumasına sərait yaradılıb. Qəbul imtahanından keçə bilməyən abituriyentlərə də imkan yaradırıq ki, bizim universitetdə təhsil ala bilsinlər. Umumi olaraq bu haqq bütün dünyada sagirdlərə tanınır. İmtahanda uğurlu nəticə əldə edə bilməyib ancaq bacarıqlı olan abitruyentlərə bu şansı veririk. Azərbaycanlı tələbələrə olan sevgi və qayğimdan dolayı onlara ən büyük tövsiyyəm budur ki, burada keçirdikləri müddət ərzində tək oxumaqla kifayətlənməyib, digər ölkələrin də adət-ənənələrinə və dillərinə yiyələnsinlər. Mən belə düşünürəm ki, bu zaman Vətənə yüksək ixtisaslı bir məzun kimi dönə bilərlər”.

Tələbələrə  tövsiyyəm ingilis-dilini mükəmməl öyrənmələridir…

İqdisadi idari bilimlır fakültəsinin dekanı Aykut Polatoglu isə deyir ki, YDU universitet olaraq Kiprin ən mükəmməl ali təhsil müəssisəsidir. Bura tələbə olan hər bir kəs üçün çox əlverisli yerdir. Hətta onu da deyə bilərəm ki, Türkiyənin bir çox özəl universitelərini kənara qoysaq, bəzi düvlət universitelərindən də üstündür. YDU-nun yetərli sayda infrastruktunun olması, yetərli sayda işçi qüvvəsinin olması bunlara köməkçidir. Mən 2006-cı ildən indiyə qədər burada çalışıram. Buranın potensialının nə dərcədə olduğunu bildiyimdən, eyni zamanda bu pontensialin gücləndiyini gördüyümdən belə fikirlər süyləyə bilirəm. Bütun tələbələrə ən böyük məsləhətim bölümə gələnə qədər ingilis-dilini tam olaraq öyrənmələridir. Mən özüm də dərs dediyimdən tələbələrin ya ingiliscə başa düşmələri, ya da başa düşdüklərini ingiliscə anlata bilmə çətinliklərini görürəm. Amma əgər tələbələr bölümə tam hazır şəkildə gəlsələr, bizim təşkil etdiyimiz tələbə-müəllim yığıncaqlarında və s. daha aktiv olsalar, bu da tələbələrin daha da başarılı olmaları üçün çox vacibdir.

YDU-dan ən böyük gözləntim universiteti qurtardıqdan sonra rahatlıqla iş tapa biləcəyimdir 

Universitetin İctimaiyyətlə Əlaqələr bölümünün tələbəsi Yeşim Şentürk deyir ki, bu universiteti secməkdə  bir qohumundan məsleəhət alıb. O qohumum bildirdi ki, bu universitetdə təhsilin keyfiyyəti yüksəkdir. Burada 3 aydır təhsil alıram və mənə görə təhsil tam olaraq yaxsıdır. YDU-dan ən böyük gözləntim universiteti qurtardıqdan sonra rahatlıqla iş tapa biləcəyimdir. Universitetin xidmətlərindən orta səviyyədə raziyam.

Özünü tələbə hesab edən hər kəs tam məsulliyyəti ilə zəhmət çəkməyi bacarmalıdır 

Turk dili və Ədəbiyyat bülümünün tələbəsi Raul Məsun qeyd edir ki, YDU verdiyi təhsilin keyfiyyətinə görə inkişaf etmiş bir sıra dövlətlərin universitetlərindən heç də geri qalmır. Burada verilən təhsil Avropa ölkələrində verilən təhsillə demək olar ki, eynidir. Mənim buraya gəlməkdə məqsədim yüksek təhsil almaq, başqa ölkələrin mədəniyyətləri ilə tanıs olmaq ve doğma Azərbaycanımızın tarixini, mədəniyyətini digər xalqlara tanıtmaqdir. Bir də özünü tələbə hesab edən hər kəs tam məsulliyyəti ilə zəhmət çəkməyi bacarmalıdır.




Toğrul SALEHLİ
Yakın Doğu Universiteti İqdisadi idari bilimlər fakültəsinin tələbəsi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir